
“Sabah” və “Qarabağ” dekabrın 17-də meydana çıxacaq
Misli Premyer Liqasının 2-ci turundan təxirə salınmış iki qarşılaşmanın keçirilmə vaxtı müəyyənləşib.
PFL-in məlumatına görə, “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” oyunları dekabrın 17-də keçiriləcək.
17 dekabr, cümə axşamı
“Sabah” – “Sumqayıt”
“Dalğa Arena” – 15:00
“Qarabağ” – “Kəpəz”
Tofiq Bəhramov adına Respublika Stadionu – 18:30