
SOCAR İtaliya Futbol Federasiyası (FIGC) ilə əməkdaşlıq müqaviləsi bağlayıb.
FIGC-nin yaydığı məlumata görə, saziş çərçivəsində SOCAR 5 il ərzində İtaliyanın kişi və qadın futbol üzrə milli komandalarının “Baş Qlobal Enerji Sponsoru” kimi fəaliyyət göstərəcək.
Müqavilə FIGC prezidenti Covanni Malaqo və SOCAR prezidenti Rövşən Nəcəf tərəfindən imzalanıb.