
“Mançester Yunayted” azarkeşləri üçün maraqlı kolleksiya məhsulu təqdim edib.
Belə ki, klubun “Old Trafford” stadionunda istifadə olunan ot örtüyünün parçaları xüsusi qablaşdırmada satışa çıxarılıb.
Rəsmi klub məhsulu şəffaf kub formasında qutuda təqdim edilir. Məhsulun qiyməti 165 dollardır.