Ayı hokkey məşqçisini öldürdü
Rusiyada faciəli hadisə baş verib. Hokkey məşqçisi Aleksandr Kuzmenko ayı hücumu nəticəsində ölüb.
Hadisə Tıva şəhərində, Böyük Yenisey çayının sahilində qeydə alınıb. Balıq tutan məşqçiyə qəfil ayı hücum edib.
Kuzmenkonun dostları heyvanı uzaqlaşdıraraq ona ilkin yardım göstərməyə çalışıblar. Yaralı məşqçi helikopterlə xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirək ki, Aleksandr Kuzmenkonun oğlu Andrey Kuzmenko da tanınmış hokkeyçidir və MHL-də çıxış edir.
Son aylarda Rusiyanın müxtəlif ərazilərində ayı hücumlarının artdığı bildirilir. Ümumilikdə, bu müddətdə ayı hücumları nəticəsində 15 nəfərin öldüyü qeyd olunur.
Sosial şəbəkələrdə paylaş
