Türkiyədə futbolçu öldü
Türkiyənin “Bandırmaspor” klubunda çıxış edən Tolqa Kalender vəfat edib.
Bu barədə klub məlumat yayıb.
Bildirilib ki, 25 yaşlı futbolçu uzun müddətdir müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Ölümün səbəbi hələlik məlum deyil.
2001-ci il avqustun 17-də Mersində doğulan Tolqa Kalender futbolçu karyerasına “Küvayi Milliyespor”un Gənclər Akademiyasında başlayıb. O, daha sonra “Beykoz Anadolu Spor”, “Başakşehir”, “Adana Dəmirspor”, “Bayrampaşaspor”, “Diyarbəkirspor” və “Bandırmaspor”un formasını geyinib.
Futbolçu karyerası ərzində 131 klub matçında meydana çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Sosial şəbəkələrdə paylaş
