AFFA rəsmisi qalmaqallı epizodu şərh etdi
Rəhim Həsənov “Qəbələ” – “Neftçi” matçındakı qərarı yanlış sayıb.
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının VI turunda qeydə alınan mübahisəli epizodları şərh edib.
R.Həsənov “Qəbələ” – “Neftçi” qarşılaşmasının 65-ci dəqiqəsində baş verən epizodla bağlı hakimin qərarının yanlış olduğunu bildirib.
Onun sözlərinə görə, baş hakim Cavid Cəlilovun sarı vərəqə göstərdiyi həmin epizodda qırmızı vərəqə verilməli idi.
Sosial şəbəkələrdə paylaş
