Azərbaycanlı hakim dünya çempionatında
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında ədalət təmsilçilərindən biri olacaq.
Federasiyadan bildirilib ki, Nazim Umbayev dünya çempionatlarında hakimlik edən ilk azərbaycanlı referidir.
O, 2025-ci ildə Macarıstanda keçirilən dünya çempionatında ilk dəfə hakimlər heyətində yer alıb.
Böyüklər arasında cüdo üzrə dünya çempionatı oktyabrın 4–11-də Milli Gimnastika Arenasında keçiriləcək.
Sosial şəbəkələrdə paylaş
