
Misli Premyer Liqasının V turunda keçirilən “Araz-Naxçıvan” – “Turan Tovuz” matçında yaşanan mübahisəli epizodla bağlı açıqlama verilib.
Hakimlər Komitəsinin sədri Rəhim Həsənov qarşılaşmanın baş hakimi Elçin Məsiyevin “Turan Tovuz”un qapısına təyin etdiyi penalti qərarının səhv olduğunu bildirib.
Xatırladaq ki, “Turan Tovuz” klubu da sözügedən penalti qərarından narazılığını bəyanatla açıqlamışdı.