İsmail Kartal “Fənərbağça”nın məşqinə gəlməyib
“Fənərbağça”nın baş məşqçisi İsmail Kartalla bağlı yeni məlumat yayılıb.
Türkiyəli jurnalist Yağız Sabuncuoğlu bildirib ki, İsmail Kartal telefonlarını söndürüb və onunla əlaqə yaratmaq mümkün deyil.
Onun sözlərinə görə, “Fənərbağça”nın bugünkü hazırlıq prosesinə Dirk Kuyt və Zeki Göle rəhbərlik edib. İsmail Kartalın isə klubun təlim-məşq bazasına gəlmədiyi qeyd olunub.
Klub rəhbərliyinin gün ərzində İsmail Kartalla görüşəcəyi gözlənilir.
Qeyd edək ki, təcrübəli çalışdırıcı “Fənərbağça” ilə “Roma” arasında 1:1 hesabı ilə başa çatan Çempionlar Liqası matçından sonra istefa verib. Buna baxmayaraq, klub prezidenti Aziz Yıldırım onun baş məşqçi kimi fəaliyyətini davam etdirəcəyini açıqlayıb.
Sosial şəbəkələrdə paylaş
