“Sabah”ın yeni transferi bəlli oldu
Azərbaycan Premyer Liqası təmsilçisi “Sabah” heyətinə yeni futbolçu cəlb edib.
Paytaxt klubunun məlumatına əsasən, braziliyalı hücumçu Karlos Eduardo komandanın yeni oyunçusu olub.
24 yaşlı forvard Portuqaliyanın “Jil Visente” klubundan bir mövsümlük icarəyə götürülüb. Müqaviləyə futbolçunun transfer hüquqlarının satın alınması imkanı da daxil edilib.
Qeyd edək ki, Karlos Eduardo 2020-ci ildə Braziliyanın “Bruske” klubunda çıxış edib. Daha sonra “Nasional”ın U-19 komandasında, “Maritimu”nun B və əsas heyətində, həmçinin “Felqeyraş”da oynayıb.
Sosial şəbəkələrdə paylaş
