52 yaşlı veteran futbolçu Mehman Hacıyev vəfat edib
Gəncə futbolunun veteran nümayəndələrindən Mehman Hacıyev dünyasını dəyişib.
52 yaşında vəfat edən futbolçu “Kəpəz” klubunun yetirməsi olub. O, Gəncə klubunun heyətində iki dəfə Azərbaycan çempionu olub və ölkə kubokuna sahib çıxıb.
Mehman Hacıyev futbolçu kimi “Turan Tovuz” və “Qarabağ”ın da formasını geyinib.
Veteran futbolçu sonrakı fəaliyyətində məşqçi kimi də çalışıb. O, 2010-2013-cü illərdə “Kəpəz”in əvəzedici komandasının, 2013-2014-cü illərdə isə əsas komandanın köməkçi məşqçisi vəzifəsində fəaliyyət göstərib.
Mehman Hacıyevlə sabah vida mərasiminin keçiriləcəyi və onun dəfn olunacağı bildirilib.
Sosial şəbəkələrdə paylaş
