Azərbaycan cütlüyü U-20 Avropa çempionatında pley-offa yüksəldi
İtaliyanın Battipaglia şəhərində çimərlik voleybolu üzrə U-20 Avropa çempionatı davam edir.
Azərbaycanın oğlanlardan ibarət komandası bu gün iki oyun keçirib.
İbrahim Məmmədov/Muhamməd Aslanlı cütlüyü ilk görüşdə son dünya çempionu olan Norveç təmsilçiləri ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən matç rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb – 19:21, 21:14, 15:9.
Azərbaycan təmsilçiləri daha sonra İngiltərə komandası ilə üz-üzə gəlib. Görüşdə ingilislər 2:0 hesabı ilə qalib gəlib – 21:14, 21:18.
İki məğlubiyyətə baxmayaraq, İbrahim Məmmədov/Muhamməd Aslanlı cütlüyü turnirin 24 ən yaxşı komandası sırasına daxil olaraq növbəti mərhələyə vəsiqə qazanıb.
Azərbaycan komandası sabah pley-off mərhələsində Polşa təmsilçisi ilə qarşılaşacaq.
Qeyd edək ki, çempionatda 33 ölkədən 40 komanda iştirak edir.
