“Napoli” kapitanı Di Lorenso ilə müqaviləni 2030-cu ilə qədər uzatdı

İtaliyanın “Napoli” klubu kapitanı və müdafiəçisi Covanni Di Lorenso ilə müqavilənin müddətini uzadıb.
Klubun açıqlamasına görə, 33 yaşlı futbolçunun yeni sözləşməsi 2030-cu ilin yayına qədər qüvvədə olacaq.
Di Lorenso 2019-cu ildə “Napoli”yə qoşulub və ötən illər ərzində komandanın əsas futbolçularından birinə çevrilib. O, klubun heyətində bütün turnirlərdə 307 oyuna çıxıb, 20 qol vurub və 36 məhsuldar ötürmə edib.
İtaliyalı müdafiəçi “Napoli” ilə iki dəfə İtaliya çempionu olub və komandanın kapitanı kimi mühüm rol oynayıb.
Sosial şəbəkələrdə paylaş