“Qarabağ” heyətini iki legionerlə gücləndirdi – biri Fransadan, digəri Polşadan
Azərbaycanın “Qarabağ” futbol klubu heyətinə iki əcnəbi yarımmüdafiəçi cəlb edib.
Ağdam təmsilçisinin mətbuat xidmətinin məlumatına görə, yeni transferlərdən biri Almaniya vətəndaşı olan 25 yaşlı Rəda Xadradır. Daha əvvəl Fransanın “Reyms” klubunda çıxış edən futbolçu “Qarabağ”la 2+1 illik müqavilə imzalayıb.
Komandanın digər yeni üzvü isə Nigeriya millisindən olan 26 yaşlı yarımmüdafiəçi Taofik İsmayıldır. O, son olaraq Polşanın “Qurnik” klubunun formasını geyinib. Nigeriyalı futbolçu Ağdam klubu ilə 3 illik müqaviləyə imza atıb.
“Qarabağ”ın bu transferləri Avropa arenasında mübarizənin davam etdiyi bir vaxtda həyata keçirməsi diqqət çəkir. Xatırladaq ki, Ağdam klubu cümə axşamı Bakıda Niderlandın “Tvente” komandasına məğlub olaraq Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazana bilməyib.