Lozannada cüdo üzrə Böyük Dəbilqə turnirində qalmaqal: ukraynalı idmançı rusiyalı rəqibi ilə əl sıxmadı

Lozannada keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində qalmaqal yaşanıb.
66 kq çəki dərəcəsində üçüncü yer uğrunda görüşdə rusiyalı Ramazan Abdullayev ukraynalı Vadim Çernovu məğlub edib. Döyüş başa çatdıqdan sonra ukraynalı idmançı rusiyalı rəqibi ilə əl sıxmaqdan imtina edib.
Xatırladaq ki, 2022-ci ilin fevralında Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq idman federasiyalarına Rusiya və Belarus idmançılarının yarışlara buraxılmaması ilə bağlı tövsiyə verib.
2023-cü ilin sonunda isə BOK rusiyalı və belaruslu idmançıların 2024-cü il Paris Olimpiya Oyunlarında neytral statusda iştirakına icazə verib. Eyni yanaşma 2026-cı il Olimpiya Oyunlarında da tətbiq olunub və bir sıra idmançılar neytral statusla yarışlara buraxılıb.
Bununla yanaşı, bəzi beynəlxalq idman federasiyaları rusiyalı idmançıların beynəlxalq yarışlarda Rusiya bayrağı və himni ilə çıxış etmək hüququnu bərpa etməyə başlayıb. Bu qərar sambo, cüdo və boks kimi idman növlərinə də şamil olunub