Azərbaycan gimnastı Dünya Kuboku seriyasının qalibi oldu
Mixail Malkin tamblinq üzrə Dünya Kuboku seriyasının qalibi olub.
Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb. Bildirilib ki, Azərbaycan millisinin üzvü mövsüm ərzində Dünya Kubokunun mərhələlərində nümayiş etdirdiyi yüksək və sabit nəticələr sayəsində seriyanın ümumi qalibi adını qazanıb.
Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun son mərhələsi Koimbra şəhərində keçirilib. Azərbaycan təmsilçisi burada da uğurlu çıxışı ilə mövsümü zirvədə başa vurub

Sosial şəbəkələrdə paylaş