“Mançester Yunayted”in kapitanının sosial şəbəkə hesabının sındırılması qalmaqala səbəb olub

“Mançester Yunayted”in kapitanı Bruno Fernandeşin sosial şəbəkə hesabının sındırılması qalmaqala səbəb olub.
The Sun nəşrinin məlumatına görə, hadisə komandanın İngiltərə Kubokunda “Brayton”a məğlubiyyətindən qısa müddət sonra baş verib. Naməlum şəxslər Fernandeşin X (keçmiş Twitter) hesabını ələ keçirərək onun adından bir sıra təxribat xarakterli paylaşımlar ediblər. Paylaşımlardan birində porno ulduz və keçmiş OnlyFans modeli Bonni Blyu ilə intim əlaqə təklifi yer alıb.
Buna cavab olaraq, əsl adı Tia Billinger olan 26 yaşlı model Daily Star-a açıqlamasında futbolçu ilə görüşə etiraz etmədiyini bildirib və “dəvətin” komandanın digər üzvlərinə də şamil oluna biləcəyini qeyd edib.
Qalmaqallı açıqlamaları ilə tanınan Bonni Blyu “Instagram”da 300 mindən çox izləyiciyə malikdir. O, daha əvvəl şəxsi həyatı ilə bağlı səs-küylü bəyanatları və ekstremal seks çağırışlarına cəhdlər səbəbindən OnlyFans hesabının bloklanması ilə gündəmə gəlib.
“Mançester Yunayted” klubu isə kapitanın hesabının sındırıldığını rəsmi şəkildə təsdiqləyib. Klubun yaydığı açıqlamada bildirilib ki, Bruno Fernandeşin səhifəsi komprometasiya olunub və azarkeşlərdən həmin müddətdə paylaşılan yazılara və göndərilən şəxsi mesajlara məhəl qoymamaları xahiş edilib.
Urbaninfo.az