“İmişli” – “Şəfa” oyunu qalmaqal və davaya görə yarımçıq dayandırıldı

“İmişli” futbol klubunun hazırlıq oyunu kütləvi dava və qalmaqalla nəticələndi. Bakı Olimpiya Stadionunun yardımçı meydançasında I Liqa təmsilçisi “Şəfa” ilə keçirilən görüş 75-ci dəqiqədə tamamlanmadı.
Məlumata görə, “İmişli” 0:1 hesabı ilə geridə olanda futbolçular arasında yaranan gərginlik böyüyərək kütləvi qarşıdurmaya çevrildi. Meydanda yaranan xaos nəticəsində hər iki komanda oyunu yarımçıq tərk etmək məcburiyyətində qaldı.
İzahı olmayan bu davranış həm futbolun nüfuzuna, həm də komandaların peşəkarlığına zərbə vurur. Belə hallar idman mədəniyyətinə ziddir və ciddi tənqidi tələb edir.
Qeyd edək ki, Elgiz Kərəmlinin rəhbərlik etdiyi “Şəfa” I Liqada məğlubiyyətsiz irəliləyir və qış fasiləsinə 30 xalla lider kimi yollanıb. “İmişli” isə Premyer Liqada 17 xalla 9-cu sıradadır.
Urbaninfo.az