Fürsət tapan kimi Qurban Qurbanovun yanına qaçdı
Hazırda Azərbaycan Kubokunun yarımfinal mərhələsində əsas qarşılaşması start götürüb.
“Qafqazinfo” xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah”la qarşılaşır.
Komandalar stadiona autizm spektrli uşaqlarla çıxıblar. Daha sonra paltardəyişmə otağına geri qayıdan uşaqlardan biri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun yanına gedib və onunla görüşüb.
Qeyd edək ki, dünən, yəni, 2 Aprel – Dünya Autizm Məlumatlandırma günü qeyd edilib.
Sosial şəbəkələrdə paylaş
