Gündəm - Urbaninfo.az

Bakı-Tbilisi qatar reysinin bərpa olunması niyə kritik böhrana çevrildi? – Baş redaktordan Rövşən Rüstəmova açıq məktub
Hörmətli ADY QSC sədri cənab Rövşən Rüstəmov,

Bakı–Tbilisi reysinin bərpası ətrafında son günlər yaşanan kommunikasiya böhranı ilə bağlı ictimai maraqları müdafiə edən media nümayəndəsi kimi bir sıra ciddi sual və narazılıqlarımı diqqətinizə çatdırmaq istəyirəm.

Təəssüf ki, strateji əhəmiyyət daşıyan və ictimai maraq doğuran Bakı–Tbilisi reysinin açılışı ADY-nin İctimaiyyətlə Əlaqələr komandası tərəfindən peşəkar kommunikasiya nümunəsinə deyil, əksinə kritik böhran həddinə çatdırıldığı uğursuz PR nümunəsinə çevrildi.

Sosial şəbəkədə yayılan linkləri paylaşaraq ilk sərnişinin ADY əməkdaşı olmasını yazmışdım. Həmin statusuma “Facebook” sosial şəbəkəsində 60 mindən çox baxış olub və görüntüləri məktuba əlavə edirəm.
https://www.facebook.com/share/p/1D6raqYZzB/

Normal kommunikasiya xidməti olan qurumlarda xəbər yanlış olarsa, qurumun sözçüsü məlumatı yayan şəxsə və ya paylaşımın rəy bölməsinə operativ şəkildə düzgün məlumat təqdim edir. Sizin əməkdaşlar isə “Ayıbdır” yazmaqla "peşəkar səviyyələrini" ortaya qoydular. Unudulmamalıdır ki, hər sözçü təmsil etdiyi qurumun simasıdır.

Əgər “ilk sərnişin” kimi təqdim olunan xanım əməkdaş barədə yayılan məlumat yanlış idisə, niyə ADY-nin Mətbuat Katibliyi bu qədər gec reaksiya verdi?

Mövzu sosial şəbəkələrdə və media resurslarında geniş tirajlandığı halda, təkzib və ya izah niyə 2-3 gün sonra, məhz auditoriya aktivliyinin aşağı olduğu şənbə günü verildi? Operativ kommunikasiya niyə həyata keçirilmədi?

Digər məsələ ADY əməkdaşı Pərviz Sadıqovun sərnişin kimi paylaşımı və onun etikadan kənar cavabı ilə bağlıdır.

Pərviz Sadıqov və ətrafı mənə cavabında özünü “ADY-nin siması” kimi təqdim edir. Lakin istiqaməti bəlli olmayan qatarın qarşısında tək dayanaraq, əlində çemodan və gün eynəyində təqdim olunan şəxsin PR xarakterli fotosu ADY-yə və bilet satışına hansı müsbət töhfəni verir?

Əgər həmin vaxt real sərnişin yox idisə və “arxiv üçün foto” çəkilibsə, o halda niyə neytral, informativ və sərnişin yönümlü vizuallar hazırlanmadı? Üstəlik, görüntülərdə “Bakı–Tbilisi” qeydinin belə olmaması bu paylaşımın ictimai informasiya baxımından məqsədini daha da sual altına salır.

Hər gün Bakı Dəmiryol Vağzalından yüzlərlə insan istifadə edir. İnsan axını, sərnişin təcrübəsi və real atmosfer üzərindən peşəkar kommunikasiya qurmaq mümkün olduğu halda niyə şəxsi təqdimat görüntülərinə üstünlük verildi?

Bütün bu böhranın formalaşmasında ADY-nin Mətbuat Katibliyinin birbaşa məsuliyyəti olduğu açıq görünür.

Media və sosial şəbəkələrdə yayılan xəbərlərin vaxtında izlənməməsi, suallara operativ cavab verilməməsi, natamam və hissə-hissə açıqlamalar verilməsi vəziyyətin daha da böyüməsinə səbəb oldu.

Daha narahatedici məqamı diqqətinizə çatdırmaq istəyirəm:

Niyə mənim paylaşımımdan sonra ADY əməkdaşları Bəxtiyar Hacıyev, Pərviz Sadıqov, Fuad Şahbazov və Müşviq Mehdiyev vasitəsilə şərh bölməsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilən “Medianın 150 illiyi münasibətilə” medalı ilə təltif olunmuş jurnalistə, Media Reyestrindən keçən və dövlətə vergi ödəyən sayt rəhbərinə normal cavab vermək əvəzinə “Ayıbdır” ifadəsi yazıldı?

Halbuki onların maaşı da dövlət büdcəsi və mənim kimi vətəndaşların ödədiyi vergilər hesabına formalaşır.

Bu davranış korporativ etikaya, dövlət qurumu əməkdaşının davranış kodeksinə və ictimai kommunikasiya prinsiplərinə nə dərəcədə uyğundur?

Məhz ictimai təzyiqdən və təkidli suallardan sonra şənbə günü axşam “İnsanoid” səhifəsində ilk bilet alan xanımın ADY əməkdaşı olmadığı barədə açıqlama verildi. Elə həmin gün vəziyyətin böyüdüyünü görən Mətbuat katibi Bəxtiyar Hacıyev tələsik şəkildə bəzi media resurslarına təkzib xarakterli məlumat ötürdü.

Daha sonra isə bazar günü “WhatsApp” statusunda saat 13:00-a qədər telefonunun bağlı olacağını yazaraq ictimaiyyətə mesaj verdi.

Böhran vəziyyətində olan dövlət şirkətinin mətbuat katibinin ictimai suallardan yayınan görüntü yaratması nə dərəcədə doğrudur?

Digər ciddi problem Gürcüstana gedəcək qatarlarla bağlı infoturun təşkilində yaşandı.

Jurnalistlərə 20 may tarixində səhər saat 07:30-da “WhatsApp” üzərindən tələsik mesaj göndərilərək Bakı Dəmiryol Vağzalına infotura dəvət edilməsi peşəkar media planlaması sayıla bilməz.

Xüsusilə qeyd etmək istəyirəm ki, həmin günlərdə jurnalistlərin bir qismi WUF13 Azerbaijan çərçivəsində keçirilən beynəlxalq tədbirlərin işıqlandırılmasına təhkim olunmuşdu. Belə bir vaxtda media nümayəndələrinə son anda, səhər saatlarında koordinasiyasız şəkildə mesaj göndərilməsi media ilə münasibətlərin planlı və peşəkar şəkildə qurulmadığını göstərir.

Üstəlik, jurnalistlərə əvvəlcədən geniş məlumat təqdim edilmədi, proqram paylaşılmadı, sual ünvanlaya biləcəyimiz məsul şəxslərlə açıq format təşkil olunmadı.

Halbuki həmin infotur çərçivəsində SD və rəqəmsallaşma xidməti rəhbərliyi ilə görüş təşkil edilə, aşağıdakı məsələlərə aydınlıq gətirilə bilərdi:

— qiymət siyasəti;
— dinamik tarif sistemi;
— mobil tətbiqin fəaliyyəti;
— rəqəmsallaşma problemləri;
— onlayn bilet satışındakı texniki çətinliklər;
— sərnişin axınının idarə olunması.

Əgər vaxtında normal brifinq keçirilsəydi, bu qədər informasiya boşluğu və dezinformasiya yaranmazdı.

Əvəzində isə vətəndaşların haqlı narazılıqlarını səsləndirən jurnalistlərə qarşı aqressiv münasibət sərgiləndi və ictimai tənqid emosional reaksiyalarla qarşılandı.

İndi isə aqressiv sözçünüzün və komandasının etikadan kənar davranışlarına tuş gəlməmək üçün sizə aşağıdakı sualları ünvanlayıram:

1. Niyə Bakı–Tbilisi reysi ilə bağlı məlumatı Azərbaycan ictimaiyyəti ilk olaraq Gürcüstan mediasından öyrənməli oldu?

2. Niyə bu xəbəri əvvəlcədən ADY və ya AZCON paylaşmadı?

3. Niyə məsələyə sonradan İqtisadiyyat Nazirliyi aydınlıq gətirməli oldu?

4. İki dövlət arasında danışıqlar və hazırlıq prosesi getdiyi halda niyə bilet satışı başlayan günlərdə ADY-nin mobil tətbiqi işləmədi?

5. Niyə kassaların qarşısında uzun növbələr yarandı?

6. Niyə çağrı mərkəzi vətəndaşa “81 AZN-lik bilet almaq üçün 25-30 gün əvvəl sifariş vermək lazım idi” cavabı verir, halbuki reysin açılması cəmi bir neçə gün əvvəl rəsmi elan olunub?

7. Premium qatarla yanaşı daha münasib qiymətli, köhnə vaqonların modernizasiyası yolu ilə alternativ variant yaratmaq olmazdımı ki, aşağı gəlirli vətəndaşlar da bu marşrutdan istifadə edə bilsin?

Təəssüf ki, ADY-nin yarıtmaz PR və ictimaiyyətlə əlaqələr komandası böyük ictimai maraq doğuran bir layihəni kommunikasiya uğuruna deyil, idarəolunmayan informasiya böhranına çevirdi.

Ümid edirəm ki, bu suallar cavabsız qalmayacaq və ADY rəhbərliyi strateji əhəmiyyətli bir qurumun ictimaiyyətlə əlaqələr siyasətinə ciddi və tələbkarlıqla yenidən baxacaq.

Hörmətlə,
Elnurə Abuşova

Gəminin ələ keçirilməsi tapşırığı icra edildi - “EFES-2026” - VİDEO
Türkiyədə keçirilən “EFES-2026” çoxmillətli birgə təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib.

Urbaninfo.az xəbər verir ki, əməliyyat planına uyğun olaraq, iştirakçı ölkələrin hava-desant bölmələri şərti düşmən gəmisinin ələ keçirilməsi tapşırığını icra ediblər.
Hücum helikopterləri ilə hədəfə yaxınlaşan qruplar, qısa müddət ərzində gəminin göyərtəsinə eniş həyata keçiriblər.

Yüksək peşəkarlıq və koordinasiya ilə icra edilən əməliyyat nəticəsində gəmi tam nəzarətə götürülüb, ekipaj üzvləri zərərsizləşdirilib və təhlükəsizlik tədbirləri təmin edilib.

Bakı Metrosunda bu cür əyləşənlər HƏBS OLUNACAQ
Metro və avtobuslarda yayxanıb oturan sərnişinlər cəzalanacaq.

Urbaninfo.az xəbər verir ki, paytaxt ərazisində ictimai nəqliyyat və metrodan istifadə edən sərnişinlər uyğunsuz davranışlar etdikləri halda, cəzalana bilərlər.

İnzibati Xətalar Məcəlləsində bu hərəkətlər “xırda xuliqanlıq” adlanır. Belə davranan sərnişinlərə qarşı cərimələr və ya 15 günə qədər həbs cəzası tətbiq edilə bilər.

Daha ətraflı süjetdə:

Tanınmış memar: “Platformanın vəziyyəti məni dəhşətə gətirdi”
Tanınmış memarın Həzi Aslanov stansiyası barədə yazdıqları diqqət çəkir.

“Platformanın vəziyyəti məni dəhşətə gətirdi”

Urbaninfo.az xəbər verir ki, bu sözləri memarlıq üzrə elmlər doktoru, professor Elçin Əliyev sosial şəbəkə hesabında paylaşıb.

“Bu gün səhər metro ilə qohumlarıma getdim – onlar “Həzi Aslanov” metro stansiyası yaxınlığında yaşayırlar. Çürümüş mərmər üzlüyün vəziyyətinə əsasən demək olar ki, su buraya çoxdan və sistemli şəkildə daxil olur – bu, heç də bir ilin problemi deyil.

İndi aydın olur ki, niyə zaman-zaman metropolitendə kabellərdə qısa qapanmalar baş verir və qatarların hərəkəti iflic olur: problem köhnədir və bir neçə gün əvvəl yağış zamanı baş verən hadisə tamamilə gözlənilən idi.

Maraqlıdır, hidroizolyasiya işlərini keyfiyyətsiz yerinə yetirən tikintiçilər cinayət məsuliyyətinə cəlb olunacaqlarmı? Yoxsa, adətən olduğu kimi, yenə hər şeyi “fövqəladə təbii hadisələrin” üzərinə yazacaqlar?”, – deyə Elçin Əliyev bildirib.

Amnistiya aktı 22 935 nəfərə şamil edilib - RƏSMİ
Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli Qərarın icrası başa çatıb.

Urbnainfo.az Ədliyyə Nazirliyindən verilən xəbərə görə, amnistiya aktının icrası qeyri-hökumət təşkilatları, media və digər vətəndaş cəmiyyəti nümayəndələri də cəlb edilməklə 4 ay müddətində həyata keçirilib.

Dövlətin humanizm siyasətinin növbəti təzahürü olan bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Belə ki, sayca 13-cü olan bu amnistiya aktı ümumilikdə 22.935 şəxsə şamil edilib.

Amnistiya tətbiq olunan şəxslərin 5.348-i müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 3.555 nəfərin cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb.

Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 9.714 şəxsə də amnistiya tətbiq edilib. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 7.970, islah işləri cəzasına məhkum olunmuş 734, ictimai işlər cəzasına məhkum edilmiş 82, cərimə cəzasına məhkum edilmiş 741, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş 175, intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş 12 şəxs bu cəzalardan azad edilib. Eyni zamanda şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 1.059 məhkum barəsində də amnistiya tətbiq olunub.

Həmçinin məhkəmələrin icraatında olan işlər üzrə 1.676, ibtidai istintaq və təhqiqat orqanlarının icraatında olan işlər üzrə isə 1.583 olmaqla, ümumilikdə 3.259 şəxs cinayət məsuliyyətindən azad edilib.

Qeyd edək ki, 1996-cı ildən etibarən ümumilikdə qəbul edilmiş 13 amnistiya aktı dövlətin cəza siyasətində humanizmə, insan hüquqlarının daha səmərəli təminatına, sosial ədalətə, eləcə də bərpaedici yanaşmalara üstünlük verdiyini bir daha nümayiş etdirir.

Polisə müqavimət göstərənlər tutuldu: silah tətbiq edildi - VİDEO
Bakıda polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müqavimət göstərən şəxslər tutulublar.

Urbaninfo.az-ın məlumatına görə, DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, ümumi təhlükəli üsulla xuliqanlıq niyyəti ilə şəxsin sağlamlığına ağır zərər vurduğuna görə axtarışda olan əvvəllər dəfələrlə məhkum olunan Saleh Valehovun saxlanılması zamanı onunla birlikdə olan, əvvəllər dəfələrlə məhkum olunan İlqar Aslanov balta ilə polis əməkdaşlarına müqavimət göstərib.

Polis əməkdaşları tərəfindən tabel silahı tətbiq etməklə İ.Aslanov saxlanılıb. O, xəstəxanaya yerləşdirilib, S.Valehov isə istinaqa təhvil verilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilib
Türkiyənin Qars vilayətində Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilib.

Urbaninfo.az Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” hesabında məlumat verilib.

"Heydər Əliyev-2026" birgə batalyon tapşırıq qrupunun təlimləri canlı atəş tapşırıqları ilə müşayiət olunub.

Prokurorluq Gəncə İcra Hakimiyyətində araşdırma aparır
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparır.

Hesablama Palatasının müraciəti əsasında Gəncə İcra Hakimiyyətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırmaya başlanıb.

Qeyd edək ki, Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətində apardığı audit zamanı tikinti və təmir layihələri üzrə ciddi maliyyə pozuntuları aşkarlanıb. Audit 2023–2025-ci illəri əhatə edib və 192 milyon manat vəsait yoxlanılıb.

Məlumata görə, “Gəncə İdman sarayının tikintisi” layihəsində işlərin dəyəri 9,52 milyon manat artırılıb. 249 mənzilli yaşayış binası üzrə isə 1,28 milyon manat artıq ödəniş müəyyən olunub.

Bundan əlavə, mənzil fondunun təmiri, yolların əsaslı təmiri və abadlıq işlərində də yüz minlərlə manat artıq vəsait ödənildiyi bildirilib.

Hesablama Palatası qeyd edib ki, artıq ödənilmiş vəsaitlərin bir hissəsi dövlət büdcəsinə qaytarılıb, bəzi hallar üzrə isə məhkəmə prosesi davam edir.

Urbaninfoaz

Sərnişin sıxlığına qarşı əlavə avtobuslar xəttə buraxıldı
Paytaxtda ictimai nəqliyyatda artan sərnişin axınının tənzimlənməsi üçün yeni tədbirlər görülüb. Aprelin 22-də həyata keçirilən qərara əsasən, bir sıra əsas istiqamətlər üzrə əlavə avtobuslar xəttə buraxılıb və hərəkət qrafiki gücləndirilib.
Qurumdan Urbaninfo.az-a verilən məlumata görə, bu addım xüsusilə sıx istifadə olunan marşrutlarda rahatlığın artırılması və gözləmə müddətinin azaldılması məqsədi daşıyır. Yeni dəyişikliklər həm magistral, həm də şəhərdaxili xətləri, eləcə də metro stansiyaları arasında əlaqəni əhatə edir.

Magistral və şəhərdaxili xətlər üzrə istiqamətlər: • 500 nömrəli marşrut:

– Elmlər Akademiyası – Nizami – 28 May – Koroğlu – Neftçilər
– 28 May – Koroğlu – Əhmədli – Ukrayna dairəsi
• 503 nömrəli marşrut: Elmlər Akademiyası – Nizami – 28 May – Koroğlu
• 508 nömrəli marşrut: Elmlər Akademiyası – 28 May – Koroğlu – Neftçilər
• 49 nömrəli marşrut: Ukrayna dairəsi – 28 May (Heydər Əliyev prospekti ilə)
• 46 nömrəli marşrut:
– Əhmədli – Günəşli
– Əhmədli – 28 May (8 Noyabr prospekti ilə)
• 62 nömrəli marşrut:
– Əhmədli – M. Tusi küçəsi
– Koroğlu – Sadıqcan küçəsi
• 11 nömrəli marşrut: Koroğlu – Sadıqcan küçəsi
• 3 nömrəli marşrut: Elmlər Akademiyası – Badamdar

Metrostansiyalar arası gücləndirilmiş xətlər:

Koroğlu və 28 May istiqamətində sərnişin daşınmasını artırmaq üçün:
• 140 nömrəli marşrut
• 150 nömrəli marşrut
• 141E nömrəli marşrut

Köməkçi və dəstək xətləri:

Digər marşrutlardakı sıxlığı azaltmaq məqsədilə:
• 2 nömrəli marşrut – Avtovağzal istiqamətindən 13 nömrəli marşruta dəstək
• 139 nömrəli marşrut – 13 nömrəli marşruta Koroğlu istiqamətində dəstək
• 163 nömrəli marşrut – 7B nömrəli marşruta Koroğlu istiqamətində dəstək
Qeyd olunur ki, tətbiq edilən bu yeniliklər sərnişinlərin daha rahat və operativ daşınmasına şərait yaradacaq.

Paytaxtda əməliyyat keçirildi - Saxlanılan var
Urbaninfo.az - xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrindən birindən gecə saatlarında "Range Rover" markalı nəqliyyat vasitəsi qaçırılıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə çalışan 23 yaşlı R.Rzayev müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, həmin şəxs sərxoş halda idarə edərək qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi də törədib.

Faktla bağlı araşdırma aparılır.