Brijit Makronu hədəf alan kiberbullerlər 6 aya qədər həbs cəzasına məhkum edildi

Paris məhkəməsi Brijit Makron haqqında yalan məlumatlar və təhqirlər yayan şəxsləri 6 aya qədər həbs cəzasına məhkum edib. Cinayət işinə əsasən, bu şəxslər birinci ledi hədəf alaraq onun cinsi və yaş fərqi ilə bağlı şayiələri yaymışdılar.
Məhkəmə müdafiənin “bəzi paylaşımların yumor məqsədli olduğu” arqumentlərini qəbul etməyib. Həbs olunanlar 41–65 yaş aralığında olan 8 kişi və 2 qadındır. Cəzalar, kiberbullinq mövzusunda maarifləndirmə təlimlərindən 8 aylıq şərti həbsə qədər dəyişir.
Urbaninfo.az xəbər verir ki, iş 2024-cü ilin yayında Brijit Makronun şikayəti əsasında başlanıb. Araşdırma zamanı məlum olub ki, bir sıra jurnalistlər və bloqqerlər — o cümlədən Natali Rey, Amandin Roy və ABŞ-dan sağçı jurnalist Kendis Owens — birinci ledi barədə “transgender” olduğunu iddia edən şayiələr yayıblar. Heç bir sübut yoxdur. Amandin Roy da məhkəmə tərəfindən cəzalandırılıb. Brijit Makronun qızı Tiffani Ozier məhkəmə prosesində iştirak edərək qeyd edib ki, bu yalan məlumatlar ailənin həyatını xeyli çətinləşdirib. Hazırda Makronlar Kendis Owens-ə qarşı ABŞ-da məhkəmə prosesini davam etdirirlər.