Şəki yaylasında tros qırılıb, iki nəfər ölüb
Şəkidə əyləncə məqsədilə istifadə olunan trosun qırılması ağır nəticələnib.
Hadisə bu gün “Şəki yaylası”nda baş verib. Trosun qırılması nəticəsində iki nəfər hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən həyatını itirib.
Həlak olanların 31 yaşlı Məmmədov Coşqun Ceyhun oğlu və 27 yaşlı Bayramov Ucal Asif oğlu olduğu bildirilir.
Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.
Sosial şəbəkələrdə paylaş
