Goranboyda sursat anbarında partlayış baş verib – xəsarət alan yoxdur
Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında ötən gecə yanğınla müşayiət olunan partlayış baş verib.
Hadisədən dərhal sonra Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri, Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlayıblar.
Görülən tədbirlər nəticəsində vəziyyət nəzarət altına alınıb. Təhlükəsizlik tədbirləri çərçivəsində hadisə yerinin yaxınlığında yaşayan insanlar təxliyə edilib.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən ərazidə təhlükəsizlik tədbirləri davam etdirilir.
Sosial şəbəkələrdə paylaş
