
ABŞ "Epik qəzəb" əməliyyatının başlanğıcından bəri İranın 65-dən çox İran hərbi gəmisini batırıb və İran daxilində 6 000-dən çox hədəfə zərbələr endirib.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt "Fox News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, əməliyyatın başlanğıcından bəri Tehranın raket atışlarının sayı 90 %, İranın hücum dronlarından istifadə qabiliyyəti isə 95 % azalıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb.