Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqləyib
Türkiyə Milli Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqləyib.
Bu barədə qurumun "X" sosial səhifəsində məlumat paylaşılıb.
Məlumatda bildirilib ki, İrandan atılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib:
"Ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər cür təhdidə qarşı bütün lazımi tədbirlər qətiyyətlə və tərəddüdsüz şəkildə görülür, hadisənin bütün aspektləri ilə aydınlaşdırılması üçün müvafiq ölkə ilə danışıqlar aparılır. Milli təhlükəsizliyimiz prioritet olmaqla bölgədəki bütün hadisələr diqqətlə izlənilir və qiymətləndirilir".
Xatırladaq ki, NATO hava hücumundan müdafiə qüvvələri bundan əvvəl ABŞ və İsrailin fevralın 28-də başlatdığı əməliyyatlardan sonra İrandan Türkiyə hava məkanına daxil olan iki ballistik raketi məhv edib.
