İrandan dünyanı sarsıdacaq “sürpriz” addım – Əraqçi böyük anonsu verdi
İran xarici işlər naziri Abbas Əraqçinin son paylaşımı diqqət çəkib. O, Qərb ölkələrini və dünya iqtisadiyyatını ağır neft böhranı ilə hədələyib. Nazir bildirib ki, dünya böyük neft krizinə və qiymət artımına hazır olmalıdır.
Sitat: “Tehran ABŞ-ın İranın neft və nüvə obyektlərinə zərbələr endirmək planlarından xəbərdardır. Tam hazırıq və bizim də ABŞ-a çoxlu sürprizlərimiz var”

İranın belə qlobal böhran yaratmaq imkanları varmı?
Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, İrana hərbi müdaxilənin başladığı gündən etibarən Hörmüz boğazının blokada edilmə riski yaranıb:
“Hətta müharibənin ilk günlərində təchizatın kəsilə biləcəyi qorxusu ilə neftin qiyməti 119-120 dollar/barrel civarına qədər qalxdı. Bu, qısa müddətdə təxminən 30%-ə qədər qiymət artımı deməkdir. Hazırda “Brent” markalı neftin bir barrelinin qiyməti təxminən 90-92 dollar ətrafında dəyişir. Qiymət pikdən düşsə də, müharibədən əvvəlki səviyyədən hələ də yüksəkdir. Eləcə də, “Azerilight” markalı neftin qiyməti qısa müddətə 120-125 dollar pik həddinə çıxıb. Bu, müharibəbaşlayan gündən indiyə qədər təxminən 22-23%-lik artım deməkdir. Əgər Hörmüz boğazı bağlansa və ya ciddi bloklansa, neftin bir barrelinin qiyməti 150-200 dollar səviyyəsinə qədər yüksələ bilər. Çünki Hörmüz boğazı dünya neft tədarükünün təxminən 20-30%-nin keçdiyi strateji keçiddir.
Fars körfəzində yerləşən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, İraq və Qətər kimi iri neft hasilatçı ölkələrinin nefti məhz bu boğaz vasitəsilə dünya bazarına çıxarılır. Gündə 17-20 milyon barrel neft bu marşrutla daşınır. Əraqçinin məlum bəyanatı bəlkə də, geosiyasi təzyiq və psixoloji mesajdır. Lakin İranın həqiqətən də qlobal neft bazarını ciddi şəkildə sarsıtmaq potensialı