Amerika təyyarədaşıyan gəmisi Ərəbistan dənizinə çatdı
"Abraham Linkoln" təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə qrupu Ərəbistan dənizinə daxil oldu. Bu barədə Amerika Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat verib.
"Abraham Linkoln" təyyarədaşıyan gəmisi iki təchizat gəmisi və iki ABŞ Sahil Mühafizəsi qayığının müşayiəti ilə bu gün Ərəbistan dənizində birgə keçidi başa vurub", - deyə məlumatda bildirilir.
CENTCOM əlavə edib ki, hərbi təyyarələr gəmilərin üzərindən uçub.
"The Wall Street Journal" qəzetinin məlumatına görə, Omanda ABŞ nümayəndələri ilə danışıqlar zamanı İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi Tehranın uranın zənginləşdirilməsindən imtina etmək və ya onu başqa bir ölkəyə ötürmək niyyətində olmadığını bildirib.
28 yanvarda Amerika prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin "Abraham Linkoln" təyyarədaşıyan gəmisinin başçılığı ilə Yaxın Şərqə böyük bir silahlı qüvvə qrupu göndərdiyini açıqlayıb. O, İran hakimiyyətinin razılaşma bağlamaqdan imtina edəcəyi təqdirdə Tehrana mümkün güc tətbiqi barədə xəbərdarlıq edib. Eyni zamanda, İslam Respublikası ilə bu mümkün razılaşmanın təfərrüatları Ağ Ev rəhbəri tərəfindən açıqlanmayıb.
Sosial şəbəkələrdə paylaş
