Türk Hava Yollarına məxsus təyyarənin mühərriki İstanbula gedərkən alovlanıb
Katmandudan İstanbula uçan Türk Hava Yollarına məxsus təyyarə Hindistanda təcili eniş edib - mühərriklərdən biri havada alovlanıb.
Nepalın paytaxtı Katmandudan uçan flaqman aviaşirkət olan Türk Hava Yollarının təyyarəsi mühərrikin alovlanması səbəbindən təyinat yerinə - İstanbula çatmayıb. Bu barədə Hindistanın Kalkutta hava limanının nümayəndələri məlumat veriblər. Nəticədə təyyarə təcili eniş edib.
Aeroportun mətbuat xidmətinin açıqlamasında təyyarənin göyərtəsində 236 sərnişin və 11 heyət üzvü olduğu bildirilir. Havaya qalxdıqdan qısa müddət sonra sağ mühərrikin alovlanması barədə siqnal gəlib. Pilot dərhal onu söndürüb və Kalkutta hava limanının dispetçer xidmətinə müraciət edərək təcili eniş istəyib.
"Bütün lazımi tədbirlər görülüb, yanğınsöndürmə briqadaları çağırılıb"
- hava limanının nümayəndəsi
Təyyarənin bir mühərriklə bir saat uçmasına baxmayaraq, enişin uğurlu olduğu aydınlaşdırılıb. Enişdən sonra sərnişinlər və heyət təyyarəni tərk edib, daha sonra isə yoxlama üçün təhlükəsiz əraziyə aparılıb.
Sosial şəbəkələrdə paylaş
