Vaşinqton Tehranla danışıqlara hazırdır - Rubio
Dövlət katibi Marko Rubio Amerika tərəfinin İran nümayəndələri ilə görüşməyə hazır olduğunu bildirib.
Vaşinqton Tehranla dialoqa hazırdır, ABŞ dövlət katibi Marko Rubio jurnalistlərlə görüşdə belə bir açıqlama verib.
Eyni zamanda, o, ABŞ-ın İranın fikrini dəyişməsinə hazır olduğunu açıqlayıb.
"Əgər iranlılar görüşmək istəyirlərsə, biz də hazırıq. Onlar görüşməyə və müzakirələrə maraq göstərdiklərini bildiriblər. Əgər fikirlərini dəyişsələr, biz də buna qarşı deyilik." – Marko Rubio deyib.
Daha əvvəl İran prezidenti Məsud Pezeşkyan Tehranın ABŞ ilə danışıqlar prosesinə razı olduğunu bildirib.
Sosial şəbəkələrdə paylaş
