Starlink Venesuelaya pulsuz internet xidməti təqdim edəcək

Qlobal Starlink peyk internet sistemi Venesuelaya 3 fevrala qədər pulsuz genişzolaqlı internet xidməti təmin edəcək. Urbaninfo.az xəbər verir ki, şirkətin X sosial şəbəkəsindəki açıqlamasında bildirilir ki, bu addım ölkədə fasiləsiz rabitəni təmin etmək məqsədilə atılıb.
Xatırladaq ki, 3 yanvar 2026-cı ildə ABŞ Venesuelaya hərbi zərbələr endirib, paytaxt Karakas və Fort-Tiuna hərbi bazasında partlayışlar baş verib. ABŞ prezidenti Donald Tramp əməliyyatı uğurlu adlandırıb və Venesuela prezidenti Nikolas Maduronu və həyat yoldaşı Silia Floresi ələ keçirdiklərini açıqlayıb. Hazırda Maduro Nyu-Yorka gətirilərək narkoterrorizm və digər cinayətlərdə ittiham olunub. Tramp bildirib ki, Maduro artıq prezident deyil və ölkənin idarəsini ABŞ “səlahiyyətlərin təhvil verilməsinə qədər” öz üzərinə götürüb.