İran “MDB+1” formatının yaradılmasını gündəmə gətirib
İran Prezidenti Məsud Pezeşkian MDB ölkələri ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə “MDB+1” formatının yaradılmasını irəli sürüb.
“Fars” agentliyinin xəbərinə əsasən, Pezeşkian Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı təşəbbüsü səsləndirib.
O bildirib ki, “Müstəqil Dövlətlər Birliyinə üzv ölkələr + İran” formatı tərəflər arasında dialoqun və əməkdaşlığın inkişafına xidmət edən çevik mexanizm ola bilər.
Sosial şəbəkələrdə paylaş
