Kiyev merindən sakinlərə çağırış
Kliçko paytaxtı müvəqqəti tərk etməyi məsləhət görüb
Kiyevin meri Vitali Kliçko Rusiya hücumlarının davam etdiyi bir vaxtda şəhər sakinlərinə imkan daxilində paytaxtı müvəqqəti tərk etməyi məsləhət görüb.
“France-Presse” agentliyinə müsahibəsində danışan mer Kiyevin “sağ qalma rejimi”nə keçdiyini bildirib.
O, Rusiyanın kritik infrastruktur obyektlərinə hücumlarının ciddi böhran təhlükəsi yaratdığını deyib. Kliçko hava hücumundan müdafiə sisteminin fəaliyyətində problem yaranacağı təqdirdə vəziyyətin ağırlaşa biləcəyini vurğulayıb.
“Biz nə qədər yaxşı hazırlaşsaq da, əgər hava hücumundan müdafiə sistemi işləməsə, acınacaqlı vəziyyətə qala bilərik”, – deyə o qeyd edib.
Mer eyni zamanda tam təxliyənin gündəmdə olmadığını bildirib. Kliçkonun sözlərinə görə, Kiyevin tamamilə boşaldılması Rusiyanın şəhəri ələ keçirməsini asanlaşdıra bilər.
