İstanbulda bina uçqunu: saxlanılanlar var
Dağıntılar altında qalan 2 nəfərin axtarışı davam edir
İstanbulun Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binasının çökməsi ilə bağlı binanın memarı və tikinti üzrə məsul şəxs saxlanılıb.
“Haber Global” xəbər verir ki, hadisənin başvermə səbəbləri hələ müəyyənləşdirilməyib. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, səhər saatlarında baş verən hadisə zamanı 2 nəfər ölüb, 10 nəfər xilas edilib. Dağıntılar altında qalan 2 nəfərin axtarışları davam etdirilir.
Sosial şəbəkələrdə paylaş
