Kramatorskda avtobuslara zərbə: ölən və yaralananlar var
Şəhərdə ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb
Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində sərnişin avtobuslarının hərəkətdə olduğu əraziyə zərbə endirilib.
Ukrayna mediasının yaydığı xəbərə görə, hadisə nəticəsində 30 nəfər həyatını itirib, 18 nəfər xəsarət alıb.
Ukrayna Milli Polisinin məlumatında qeyd olunur ki, zərbə yerli vaxtla saat 10:00 radələrində UMPB D-30 SN bombası ilə həyata keçirilib. Mərmi şəhərin küçələrindən birinə düşüb və həmin vaxt ərazidən iki marşrut avtobusu keçib.
Hadisə yerinə fövqəladə hallar xidmətlərinin əməkdaşları cəlb olunub.
Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin təhlükəsizlik vəziyyətinin pisləşməsini əsas gətirərək Kramatorsk və Slavyansk şəhərlərində ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması barədə göstəriş verib.
