Hanninglə bağlı istintaqın Azərbaycana aidiyyəti yoxdur
Mənbələr Almaniya tərəfinin məsələ ilə bağlı Azərbaycanı işə cəlb etmədiyini bildiriblər
Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Avqust Hanninglə bağlı istintaqın Azərbaycanla əlaqəsi olmadığı bildirilir.
“AnewZ”un məlumatına görə, məlumatlı mənbələr Almaniya kəşfiyyat orqanlarının Azərbaycan tərəfinə istintaqın digər ölkələrlə bağlı olduğunu çatdırdığını bildiriblər.
Mənbələrin sözlərinə görə, Hanningin əldə etdiyi iddia olunan məxfi materiallardan analitik hesabatların hazırlanmasında istifadə etdiyi, lakin onları üçüncü tərəflərə ötürmədiyi qeyd olunub.
Almaniya prokurorluğu isə iş çərçivəsində adı çəkilən xarici kəşfiyyat xidmətləri və ölkələrlə bağlı məlumat açıqlamayıb.
Xatırladaq ki, Media və Yayım Şurası Hanninglə bağlı istintaqda Azərbaycanın adının hallandırılmasını dezinformasiya kimi qiymətləndirib.
