Paşinyandan Putinə telefon zəngi
Ermənistanın Baş naziri Rusiya Prezidentini təbrik edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidmətinin yaydığı məlumata görə, Paşinyan Rusiya Prezidentini doğum günü münasibətilə təbrik edib və ona xoş arzularını çatdırıb.
Telefon söhbəti zamanı iki ölkə arasındakı münasibətlər də müzakirə olunub.
Bu gün Vladimir Putin 74 yaşını qeyd edir.
Sosial şəbəkələrdə paylaş
