Trampdan Hörmüz boğazı ilə bağlı açıqlama
ABŞ Prezidenti son günlər boğazdan milyonlarla barel neft daşındığını bildirib
ABŞ Prezidenti Donald Tramp Ağ Evdən Baltimorda keçiriləcək tədbirə yollanarkən jurnalistlərə açıqlamasında Hörmüz boğazından neft daşınması ilə bağlı danışıb.
Tramp son günlər Hörmüz boğazından “inanılmaz” miqdarda neft daşındığını və neft qiymətlərinin yaxın vaxtlarda aşağı düşəcəyini gözlədiyini bildirib.
ABŞ Prezidenti İran iqtisadiyyatının “çox pis” vəziyyətdə olduğunu deyib. O, İranın neft naziri Möhsün Paknejadın da ölkədəki vəziyyətin yaxşı olmadığını əsas gətirərək istefa verdiyini qeyd edib.
Hörmüz boğazından neft daşınmasına toxunan Tramp boğazın açıq olduğunu bildirib.
“Son bir neçə gündə inanılmaz miqdarda, milyonlarla barel neft daşınıb. Biz müharibədən əvvəlki səviyyələrə çatan və ya hətta onu aşan səviyyələrdə daşımalar həyata keçiririk”, - deyə Tramp bildirib.