Kosovoda prezident seçkisi baş tutdu
73 yaşlı akademik Yustina Şiroka Pula dövlət başçısı seçilib
Kosovo Parlamentində keçirilən səsvermə ilə Yustina Şiroka Pula ölkənin yeni prezidenti seçilib.
120 deputatdan ibarət parlamentdə səsverməyə 84 deputat qatılıb. Yustina Şiroka Pula 81 səs alaraq prezident seçilib. Onun rəqibi Eliza Hoca 1 səs toplayıb, 2 səs etibarsız hesab olunub.
Yeni prezident seçildikdən sonra and içərək vəzifəsinin icrasına başlayıb. O, çıxışında bütün Kosovo vətəndaşlarının prezidenti olacağını və ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü qoruyacağını bildirib.
Baş nazir Albin Kurti əvvəlcə bir neçə namizəd irəli sürsə də, onların namizədliyi müxalifət tərəfindən qəbul edilməyib. Daha sonra Kurti Yustina Şiroka Pulanı prezidentliyə namizəd göstərib.
İqtisadiyyat üzrə akademik olan Şiroka Pula 2008-2011-ci illərdə energetika və mədən naziri, 2011-2014-cü illərdə isə parlament deputatı vəzifəsində çalışıb. O, 2025-ci ilin dekabrından Kosovo Elmlər və İncəsənət Akademiyasına rəhbərlik edib.
Kosovo Konstitusiya Məhkəməsi daha əvvəl prezident seçkisi üçün nəzərdə tutulan 60 günlük müddətin avqustun 8-dən oktyabrın 6-dək davam etdiyini açıqlamışdı
