Ölümcül iynədən sonra gözlənilməz hadisə
Edam edilən Krista Payk sağ qalıb və danışmağa başlayıb
ABŞ-nin Tennessi ştatında edam edilən 50 yaşlı Krista Payk gözlənilməz şəkildə sağ qalıb.
Məlumata görə, ona ölümcül iynə ilə yüksək dozada pentobarbital vurulub. Lakin edamdan sonra həyat əlamətləri müşahidə edilən Payk xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Təxminən bir həftə davam edən müalicədən sonra onun özünə gəldiyi və danışmağa başladığı bildirilib. Vəkilləri hadisəni “tibbi baxımdan misli görünməmiş” adlandırıblar.
Hadisədən sonra Tennessi qubernatoru Bill Li ilin sonuna qədər planlaşdırılan digər edamların dayandırıldığını açıqlayıb.
Krista Payk 1995-ci ildə Kollin Slemmerin qətlində təqsirli bilinib. O, 1996-cı ildə ölüm hökmünə məhkum edilib.
Paykın vəkilləri onun uşaqlıqda zorakılıq və cinsi istismara məruz qaldığını, eləcə də məhkəmə prosesində lazımi hüquqi müdafiə ilə təmin olunmadığını bildiriblər.
Edamı bir neçə dəfə təxirə salınan Paykın hökmü Tennessi Baş Prokurorluğunun ABŞ Ali Məhkəməsinə müraciətindən sonra icra edilib.
