Paşinyan Nəsimi Musayevlə bağlı qərarı açıqlamadı
Azərbaycan hərbçisinin ekstradisiyası ilə bağlı sual cavabsız qalıb
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan hərbçisi Nəsimi Musayevin ekstradisiyası ilə bağlı qərarın qəbul edilib-edilmədiyini açıqlamayıb.
Bu barədə “News.am” məlumat yayıb.
Jurnalistlərin sualını cavablandıran Paşinyan bildirib ki, bu məsələ ilə bağlı cümə axşamı, oktyabrın 8-də brifinq keçiriləcək.
Hərbçinin ekstradisiyası ilə bağlı qərarın artıq verilib-verilmədiyi barədə əlavə suala isə Ermənistan hökumətinin başçısı cavab verməyib.
Xatırladaq ki, Nəsimi Musayev sentyabrın 26-da xidmət yerində olmadığından Azərbaycan Baş Prokurorluğu tərəfindən axtarışa verilib. Sonradan onun Ermənistan ərazisində olduğu və yerli aidiyyəti qurumlar tərəfindən saxlanıldığı müəyyən edilib.
Azərbaycanlı hərbçi Ermənistan ərazisində iki ay müddətinə həbs olunub.
