Ermənistan parlamentində gərginlik: deputatlar əlbəyaxa oldu
İclas zamanı müxalifət deputatının çıxışı mübahisəyə səbəb olub
Ermənistan parlamentinin iclasında hakim partiya ilə müxalifət deputatları arasında insident yaşanıb.
“Sputnik Ermənistan” xəbər verir ki, mübahisə “Güclü Ermənistan” partiyasının deputatı Edqar Kazaryanın çıxışı zamanı başlayıb.
Kazaryan parlamentin spikeri Ruben Rubinyanı dövlət vəsaitlərini səmərəsiz xərcləməkdə ittiham edib. Rubinyan isə deputatın çıxışının gündəliyə uyğun olmadığını bildirərək onun sözünü kəsib.
Bundan sonra hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Vahe Qalumyanla “Güclü Ermənistan”ın deputatı Vaginak Vartano arasında mübahisə yaranıb. Gərginlik qısa müddətdə əlbəyaxa davaya çevrilib.
Spiker fasilə elan edib, təhlükəsizlik əməkdaşları isə deputatların arasına daxil olaraq insidentə müdaxilə ediblər.
