Uşa Vens helikopterdən enərkən az qala yıxılırdı
İki aylıq körpəsini qucağında daşıyan ikinci xanım son anda müvazinətini saxlayıb
ABŞ vitse-prezidenti Cey Di Vensin həyat yoldaşı Uşa Vens helikopterdən enərkən xoşagəlməz anlar yaşayıb.
“Marine Two” helikopterindən enən Uşa Vensin ayağı sonuncu pillədə sürüşüb. İki aylıq körpəsini xüsusi daşıyıcı çantada aparan ikinci xanım son anda tutacaqdan yapışaraq yıxılmaqdan xilas olub.
Hadisə “Joint Base Andrews” hərbi bazasında baş verib.
Uşa Vensin hadisədən sonra gülümsəməsi də görüntülərə əks olunub.
[video=]
Sosial şəbəkələrdə paylaş
