Kadırov Çeçenistan rəhbəri vəzifəsinin icrasına başlayıb
O, andiçmə mərasimində çeçen və rus dillərində and içib
Ramzan Kadırov yenidən Çeçenistan Respublikasının rəhbəri vəzifəsinə başlayıb.
“Kommersant” xəbər verir ki, bununla bağlı Qroznıda təntənəli andiçmə mərasimi keçirilib. Kadırov mərasimdə çeçen və rus dillərində and içib.
Daha sonra Çeçenistan hökumətinin başçısı Məhəmməd Daudov respublika rəhbərinin ştandartını Kadırova təqdim edib.
Kadırovun bu gün 50 yaşı tamam olur.
O, 2011-ci ildən Çeçenistana rəhbərlik edir. Kadırov 2021-ci ildə keçirilən seçkilərdə 99,7 faiz, 2026-cı il sentyabrın 18-20-də keçirilən seçkilərdə isə 99,85 faiz səs toplayaraq yenidən region rəhbəri seçilib.
Sosial şəbəkələrdə paylaş
