Putin: Azərbaycan “Şimal-Cənub” layihəsini perspektivli hesab edir
Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılmasını dəstəkləyir və layihəni perspektivli hesab edir.
Rusiya Prezidenti Vladimir Putin bunu “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında bildirib.
Onun sözlərinə görə, dəhlizin bir hissəsinin Azərbaycan ərazisindən keçməsi nəzərdə tutulur.
“Azərbaycan bu layihənin reallaşdırılması ilə razıdır və onu perspektivli hesab edir”, – Rusiya lideri deyib.
Putin Rusiyanın layihənin icrası üçün kredit resursları ayırmağa hazır olduğunu da açıqlayıb.
“Biz kredit resursları ayırmağa hazırıq. Bizdə müvafiq maliyyə vəsaitləri nəzərdə tutulub”, – deyə o bildirib.
Rusiya Prezidenti qeyd edib ki, hazırkı mərhələdə İran tərəfi marşrutun keçəcəyi torpaq sahələrinin satın alınması da daxil olmaqla, üzərinə düşən işləri başa çatdırmalıdır.
