Peskov: Kalininqrad Rusiyanın ayrılmaz hissəsidir
Kremlin Avropaya mesajı: Təzyiq yolverilməzdir
Kremlin sözçüsü Dmitri Peskov Avropa ölkələrini Kalininqrad vilayəti ilə bağlı “ambisiyalarını boğmağa” çağırıb.
O qeyd edib ki, Avropa ölkələri Kalininqradın Rusiya Federasiyasının ayrılmaz hissəsi olduğunu nəzərə almalıdır. Peskovun sözlərinə görə, Rusiya Kalininqradın ərazisinə hər hansı qəsdə yol verməyəcək və vilayətə təzyiq göstərilməsi cəhdlərini qəbuledilməz hesab edir.
Qeyd edək ki, bundan əvvəl Reuters Rusiyanın NATO-ya Kalininqradın Rusiyanın digər ərazilərindən təcrid olunmasına cəhd ediləcəyi halda, nüvə silahından istifadə imkanını da ehtiva edən diplomatik nota göndərdiyini yazıb. Sənəddə Moskva NATO-nu birbaşa silahlı münaqişə riskini artıran “təhlükəli və məsuliyyətsiz kurs” yürütməkdə ittiham edib.
