Dilan Polatla bağlı yeni istintaq: Məhkəməyə göndərildi
Fenomen “Prezidentə təhqir” ittihamı üzrə saxlanılıb
Türkiyəli sosial media fenomeni Dilan Polat “Prezidentə təhqir” ittihamı üzrə saxlanılıb.
Türkiyə mətbuatının məlumatına görə, buna səbəb sosial mediada yayılan görüntü olub. Hadisə ilə bağlı Anadolu Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb.
D.Polat ifadə vermək üçün prokurorluğa gətirilib. İfadə zamanı onun səhhətində problem yaranıb və tibbi briqada çağırılıb.
İfadə proseduru başa çatdıqdan sonra D.Polatın məhkəməyə göndərildiyi bildirilib.
Xatırladaq ki, Dilan Polat və həyat yoldaşı Engin Polat 2023-cü ildə maliyyə cinayətləri ilə bağlı istintaq çərçivəsində saxlanılmışdı. Dilan Polat 2024-cü ilin avqustunda azadlığa buraxılmışdı.
[video=]
Sosial şəbəkələrdə paylaş
