IX çağırış Dövlət Dumasının ilk iclası keçirilib
Moskvada IX çağırış Rusiya Dövlət Dumasının ilk iclası baş tutub. İclasda Prezident Vladimir Putin iştirak edib və yeni seçilən deputatları təbrik edib.
Sentyabrın 18-20-də keçirilmiş parlament seçkilərindən sonra “Vahid Rusiya”nın deputatlarının sayı 324-dən 349-a çatıb.
Vyaçeslav Volodin yenidən Dövlət Dumasının sədri seçilib. O, çıxışında deputatların 41 faizinin yeni seçildiyini diqqətə çatdırıb.
[video=]
Sosial şəbəkələrdə paylaş
