Tramp administrasiyasına məhkəmədən yaşıl işıq
Miqrantların üçüncü ölkələrə göndərilməsi bərpa olunur
ABŞ Ali Məhkəməsi Donald Tramp administrasiyasının miqrantları onların mənşə ölkəsi olmayan dövlətlərə deportasiya etməsinə müvəqqəti olaraq imkan yaradıb.
Reuters-in məlumatına görə, qərar Boston federal hakimi Brayan Mörfinin üçüncü ölkələrə deportasiya siyasətini qanunsuz hesab edən qərarının dayandırılması ilə bağlıdır.
Ədliyyə Nazirliyinin müraciəti üzrə altı hakim lehinə, üç hakim isə əleyhinə mövqe bildirib.
Ali Məhkəmə dekabr ayında iş üzrə tərəflərin arqumentlərini dinləyəcək. Siyasətin qanuniliyinə dair yekun qərar bundan sonra açıqlanacaq.
Hüquq müdafiə təşkilatlarının hesablamalarına əsasən, sözügedən siyasət çərçivəsində ötən il 25 mindən çox miqrant 29 ölkəyə göndərilib. Deportasiya edilənlərin əksəriyyəti Meksikaya aparılıb.
