Milyonluq sərvətini itirdi, taksi sürür
Malayziyada vaxtilə “qumar kralı” kimi tanınan 48 yaşlı Aaron Lim sərvətini itirdikdən sonra taksi sürücüsü işləyir.
“Mothership” yazır ki, Lim 2020-ci illərin əvvəllərində Genting Highlands kazinosunda böyük məbləğlərdə qumar oynaması ilə məşhurlaşıb. Həmin illərdə onun aylıq gəlirinin təxminən 100 min ringgit olduğu və sərvətinin 4,8 milyon ringgitə çatdığı bildirilir.
Lim sonradan qumar asılılığı yarandığını və itkilərini geri qaytarmaq üçün daha böyük məbləğlərdə oynadığını bildirib. Nəticədə sərvətini itirərək dostlarına və kreditorlarına təxminən 1 milyon ringgit borclanıb.
Hazırda dostunun verdiyi avtomobillə taksi sürən Lim gündəlik 200 ringgitədək qazanc əldə edir. O, qumarı tərgitdiyini və həyatını yenidən qurmaq istədiyini deyib.
Sosial şəbəkələrdə paylaş
