Yazıcıoğlunun ölümü ilə bağlı 36 nəfər həbs edildi
Türkiyədə Böyük Birlik Partiyasının (BBP) sabiq sədri Möhsün Yazıcıoğlunun ölümü ilə bağlı aparılan istintaq çərçivəsində 36 nəfər həbs edilib.
Türkiyə mediasının məlumatına görə, Ankara Baş Prokurorluğunun rəhbərliyi ilə aparılan araşdırma Yazıcıoğlu və onu müşayiət edən şəxslərin olduğu helikopterin qəzaya uğraması ilə bağlıdır.
İstintaq çərçivəsində şübhəlilərin FETÖ fəaliyyəti çərçivəsində “qəsdən və əvvəlcədən planlaşdırılaraq adam öldürmə” cinayətində iştirak etdikləri, həmçinin həqiqətin üzə çıxarılmasına mane olmaq məqsədilə müxtəlif cinayətlər törətdikləri bildirilir.
Ankara daxil olmaqla 16 vilayətdə 45 ünvanda axtarış aparılıb. Əməliyyat zamanı ümumilikdə 38 şübhəli saxlanılıb.
Məhkəmənin qərarı ilə onlardan 36-sı həbs edilib, iki nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri seçilib.

